Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi dəyişib
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi dəyişib19-04-2021, 16:08 |
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.Şəffaflıq.az xəbər verir ki, Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının aşağıdakı tərkibi təsdiq edilib: Komissiyanın sədri Azərbaycan Respublikasının Prezidenti Komissiyanın üzvləri Azərbaycan Respublikasının Baş naziri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Azərbaycan Respublikası Baş nazirinin müavini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Azərbaycan Respublikasının mədəniyyət naziri Azərbaycan Respublikasının təhsil naziri Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Azərbaycan Yazıçılar Birliyinin sədri Azərbaycan Rəssamlar İttifaqının sədri Azərbaycan Bəstəkarlar İttifaqının sədri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərbaycan Memarlar İttifaqının sədri İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Xoşbəxt Yusifzadə –Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Tahir Salahov – Xalq rəssamı Ömər Eldarov – Xalq rəssamı. Geri qayıt |