Əsas Səhifə > Hadisə / Dünya > Fransada təyyarə qəzasında dörd nəfər ölüb

Fransada təyyarə qəzasında dörd nəfər ölüb


18-04-2021, 22:11

 

Fransada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Şəffaflıq.az “Frans-Press” agentliyinə istinadən məlumat verir ki, hadisə Parisdən şərqdə, Sen Patyu komunnası yaxınlığında baş verib.

Qəza nəticəsində dörd nəfər həlak olub.

Təyyarənin təlim-məşq uçuşu keçirdiyi bildirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Geri qayıt