Əsas Səhifə > Mədəniyyət > Şamaxıda dünya Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib. -
Şamaxıda dünya Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib. -18-04-2021, 01:36 |
18 Aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. Şamaxı rayonunda da yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Şamaxı rayonu üzrə 75 tarixi abidə qeydə alınıb. Son illər ərazidə 30-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır. 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Şamaxıda da geniş qeyd olunur. Hər il bu tarixdə tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur. 18 aprel şöhrətli aktyor,Xalq artisti, professor İlham Namiq Kamal,mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları karantin qaydalarına əməl etməklə, tarixi abidələri ziyarət ediblər.Ziyarətçilərə abidələrin tarixi barədə ətraflı məlumat verilib. Geri qayıt |