Əsas Səhifə > Cəmiyyət > Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub
Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub17-04-2021, 11:49 |
![]() DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan ŞƏFFAFLIQ.AZ-a verilən məlumata görə, polis əməkdaşları şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, tibbi maskalardan istifadə etməyən vətəndaşlarla profilaktik söhbətlər aparıblar. Obyekt sahibləri, alıcı və satıcıların diqqətinə karantin qaydalarına riayət etmələrinin vacibliyi çatdırılıb, qanunun tələbləri bir daha onlara izah edilib. Tədbir zamanı edilən xəbərdarlıqlara məhəl qoymayan, qaydalara biganə yanaşan şəxslər inzibati məsuliyyətə cəlb olunublar. ![]() ![]() ![]() ![]() Geri qayıt |