Əsas Səhifə > Gündəm / Dünya > Əfqanıstanı tərk edən ABŞ ordusunun cəmləşəcəyi region məlum oldu

Əfqanıstanı tərk edən ABŞ ordusunun cəmləşəcəyi region məlum oldu


17-04-2021, 07:53

 

ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bəyan edib ki, Əfqanıstanı tərk edən Birləşmiş Ştatlar ordusu resurslarını Hind-Sakit okeanı bölgəsinə yönəldəcək.

Şəffaflıq.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat verib.

O qeyd edib ki, ABŞ rəhbərliyi, ordunun vaxtını və diqqətini ХХI əsrin əsas çağırışlarına yönəltmək fikrindədir və bu çağırışlar əsasən Hind-Sakit okeanı bölgəsi ilə bağlıdır.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Əfqanıstanda yerləşdirilmiş ABŞ hərbi qüvvələrinin mayın 1-dən etibarən bu ölkədən çıxarılması ilə əlaqədar göstəriş verib.

Geri qayıt