Əsas Səhifə > Dünya > Pakistanda internetin fəaliyyəti məhdudlaşdırılıb

Pakistanda internetin fəaliyyəti məhdudlaşdırılıb


17-04-2021, 07:50

 

Pakistan hökuməti bu gün ölkənin daxili təhlükəsizliyinin təmin olunması məqsədi ilə internetin fəaliyyətini bloklayıb.

Şəffaflıq.az bildirir ki, bu barədə “Dawn” məlumat yayıb.

Buna səbəb isə ölkənin bir sıra iri şəhərlərində “Təhrir-i-Ləbbeyk Pakistan” radikal qruplaşması üzvləri ilə polis arasında kütləvi toqquşmaların baş verməsi olub.

Belə ki, Lahor, İslamabad, Pişəvər və digər iri şəhərlərdə baş vermiş iğtişaşlarda yeddi nəfər həlak olub, hadisələr zamanı 300 polis əməkdaşı yaralanıb.

Geri qayıt