Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > GƏLƏCƏYİN QANUN KEŞİKÇİLƏRİ

GƏLƏCƏYİN QANUN KEŞİKÇİLƏRİ


31-05-2019, 16:31
 Xızı RPŞ-nin DYPB-nin təşkilatçılığı ilə “1İyun - Uşaqların Beynəlxalq Müdafəsi günü” münasibəti ilə tədbir həyata keçirilib. Tədbirin əvvəlin RPŞ-nin DYPB-nin rəis, polis kapitanı Füzuli Əsədov gələcəyimizin parlaq inciləri olan uşaqlarla görüşərək, onlarla yollarda quraşdırılmış yol nişanları, işıqforlar və piyada keçirdləri haqqında ümumi məlumat verib.
Daha sonra rayonun mərkəzi küçəsində davam edən tədbirdə polis forması geyinən uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxlayaraq, yollarda intizamlı olmağa dəvət ediblər. Onlara öz bilik və bacarıqlarını nümayiş etdirən azyaşlılar, nəqliyyat vasitələrinin sahiblərini yollarda ehtiyatlı olmağa və hərəkət zamanı qanunlara riayət etməyə çağıraraq, sürücülərlə tövsiyə xarakterli söhbətlər aparıblar.
Xızı RPŞ-nin DYPB-nin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi orta məktəb şagirdləri, sürücü və piyadalar arasında yol hərəkəti qaydaları ilə bağlı məlumatlandırmanın təbliği və cəmiyyət tərəfindən balacaların həyat və sağlamlıqlarının qorunması istiqamətində görülməli olan zəruri tədbirlərin vacibliyini diqqətə çəkmək olub.
Şəffaflıq.az
Geri qayıt