Əsas Səhifə > SİYASƏT > Türkiyənin Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib
Türkiyənin Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib16-04-2021, 13:14 |
![]() Şəffaflıq.az xəbər verir ki, mərasim diplomatik nümayəndəliyin binasında baş tutub. E.Özoral səfirlik əməkdaşları ilə vidalaşıb. Qeyd edək ki, E.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb və səlahiyyət müddəti bu ay başa çatıb. Diplomat bu gün (aprelin 16-da) ölkəsinə qayıdacaq. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana səfir təyin olunub. Yeni səfirin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. Şəffaflıq.az Geri qayıt |