Əsas Səhifə > İqtisadiyyat / Dünya > Çin iqtisadiyyatının artımı birinci rübdə 18%-i keçib

Çin iqtisadiyyatının artımı birinci rübdə 18%-i keçib


16-04-2021, 11:23
 Epidemioloji vəziyyətin yaxşılaşması və iqtisadiyyatın aktiv şəkildə bərpası fonunda Çinin ümumi daxili məhsulu (ÜDM) 2021-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz artıb.
Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə məlumat Çinin dövlət statistika bürosunun bu gün dərc etdiyi hesabatda verilib.
“İlkin məlumatlara görə, 2021-ci ilin birinci rübündə Çinin ÜDM-i 24,93 trilyon yuan (3,8 trilyon dollar) səviyyəsində qərarlaşıb. Bu illik göstəricidə 18,3 faiz artım deməkdir”, – statistika bürosunun hesabatında deyilir.
Çin hökuməti 2021-ci ildə ÜDM-in artımının 6 faizi ötəcəyini gözləyir. Ekspertlər isə hesab edirlər ki, artım templəri hətta 8 faizi keçə bilər.


Şəffaflıq.az
Geri qayıt