Əsas Səhifə > İdman / Dünya > Olimpiya Oyunlarının keçirilməsi yenidən sual altına düşüb

Olimpiya Oyunlarının keçirilməsi yenidən sual altına düşüb


16-04-2021, 06:58

 

COVID-19-un yayılması ilə əlaqədar vəziyyət kəskin pisləşərsə, Tokio Olimpiadası yenidən təxirə salına bilər.

Şəffaflıq.az “Kyodo” agentliyinə istinadla xəbər verir ki, bu açıqlama ilə Yaponiyanın hakim Liberal Demokrat Partiyasının baş katibi Tosihiro Nikai çıxış edib.

Qeyd edək ki, Tokio yay Olimpiadası koronavirus pandemiyasına görə 2020-ci ildən 2021-ci ilə keçirilib.

Olimpiya Oyunları bu il iyulun 23-dən avqust 8-dək keçirilməlidir.

Geri qayıt