Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb16-04-2021, 06:51 |
2021-ci ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 251 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33 obyekt azdır. Bu barədə Şəffaflıq.az Trend-ə istinadən məlumat verir. Məlumata görə, 2021-ci ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 106 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-cu ilin martından 11 obyekt çoxdur. 2021-ci ilin mart ayında Türkiyədə 111 241 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çoxdur. 2020-ci ilin sentyabr ayında Türkiyədə 4 248 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-cu ilin eyni ayına görə 39,9 faiz çoxdur. Geri qayıt |