Əsas Səhifə > SİYASƏT / Dünya > Peskovdan Bayden-Putin görüşü ilə bağlı açıqlama

Peskovdan Bayden-Putin görüşü ilə bağlı açıqlama


15-04-2021, 07:42

 

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında mümkün zirvə görüşü Vaşinqtonun atacağı addımlardan asılıdır”.


Şəffaflıq.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Avropa ölkələrindən birində görüşmək təklifi, əlbəttə, mövcud vəziyyətin və qarşı tərəfin atacağı addımların təhlili əsasında dəyərləndiriləcək”, - Co Baydenin Putinə üçüncü ölkədə görüş təklifindən söz açan Peskov bildirib.

“Görüşün hansı ölkədə keçirilməsini müzakirə etmək çox tezdir. Bunun üçün diplomatik kanallar vasitəsilə razılığa gəlmək lazımdır”, - Kreml sözçüsü əlavə edib.

Qeyd edək ki, Finlandiya, Avstriya və İslandiya Putin-Bayden görüşünə ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıblar.

Geri qayıt