Əsas Səhifə > Dünya > Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına münasibət bildirib

Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına münasibət bildirib


14-04-2021, 12:39
 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına dair qərarına münasibət bildirib.
Şəffaflıq.az-ın  xəbərinə görə, Türkiyə XİN başçısı məsələ ilə bağlı NTV-yə açıqlamasında deyib ki, uçuşların bərpası istiqamətində danışıqlar aparılır.
“Bu qərarın arxasında siyasi bir əsasın olduğu qənaətində deyiləm”, - deyə nazir vurğulayıb.
O, bu qərarın mənfi nəticələrinin ola biləcəyi ehtimalını da qeyd edib.
Qeyd edək ki, Rusiya 15 aprel-1 iyun tarixlərində Türkiyəyə uçuşları məhdudlaşdırmaq qərarı verib.



Şəffaflıq.az



Geri qayıt