Əsas Səhifə > Gündəm > İbadət yerlərinə rəhbərlik edən din xadimləri attestasiya ediləcək

İbadət yerlərinə rəhbərlik edən din xadimləri attestasiya ediləcək


13-04-2021, 20:42

 

İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri hər 5 ildən bir attestasiya ediləcək.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” Qanununda dəyişiklik edilir.

Layihəyə əsasən, İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir və hər 5 ildən bir attestasiya ediləcək.

Attestasiya müvafiq icra hakimiyyəti orqanının (qurumun) nümayəndəsinin iştirakı ilə keçirilir.

Geri qayıt