Əsas Səhifə > Gündəm > Bakıda həkim koronavirusdan vəfat etdi
Bakıda həkim koronavirusdan vəfat etdi12-04-2021, 12:46 |
Azərbaycanda həkim koronavirusdan vəfat edib.Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib. Məlumatı Elmi-Tədqiqat Kardiologiya İnstitutundan təsdiq ediblər. Xatırladaq ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb işçilərindən olub. Şəffaflıq.az Geri qayıt |