Əsas Səhifə > SİYASƏT / Dünya > Almaniya deputatları ölkəni Avropa Birliyindən çıxmağa çağırdılar
Almaniya deputatları ölkəni Avropa Birliyindən çıxmağa çağırdılar12-04-2021, 07:18 |
Almaniyanın Kreml tərəfindən aktiv şəkildə dəstəklənən, putinpərəst “Almaniya üçün Alternativ” partiyasının üzvləri ölkənin Avropa Birliyinin tərkibindən çıxması ilə bağlı müraciət qəbul ediblər. Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, belə bir bəyanat partiyanın Drezdendəki qurultayında səslənib. Sənəd qurultayın 550 nümayəndəsi tərəfindən dəstəklənib. “Bizim fikrimizcə, Almaniya Avropa İttifaqından dərhal uzaqlaşmalıdır. Bundan sonra ümumi maraqları güdən yeni iqtisadi birlik qurmaq lazımdır”,-deyə qurultayın qərarında bildirilir. Bununla bərabər partiyanın həmsədri Yorq Morten həmin mövqe ilə razılaşmadığını bildirib. Xatırladaq ki, bu ilin martında fransız analitik jurnalisti Loran Erble Fransanın Avropa Birliyindən çıxacağını iddia etmişdi. Onun sözlərinə görə, AB-nin koronavirus pandemiyası ilə mücadilədə yetərsiz qalması və 2016-cı ildə ondan ayrılmaq qərarına gələn Böyük Britaniyanın bu sahədə ciddi irəliləyişlər əldə etməsi “Frexit” prosesini sürətləndirəcək. Geri qayıt |