Əsas Səhifə > Gündəm / Mədəniyyət > Qənirə Paşayeva görkəmli heykəltəraş Aslan Rüstəmovla görüşüb

Qənirə Paşayeva görkəmli heykəltəraş Aslan Rüstəmovla görüşüb


11-04-2021, 22:51

 

Milli Məclisin Mədəniyyət Komitəsinin Sədri Qənirə Paşayeva görkəmli heykəltəraş Aslan Rüstəmovla görüşüb.

Q.Paşayeva Ulu öndərin Xətai rayonu, Heydər Əliyev Parkındakı əzəmətli heykəlinin, yenə Xətaidəki "Ana harayı" abidəsinin, habelə Sovet dövründə Sarı Aşıq, Bəhram Gur abidələrinin (Albert Mustafayev və Qorxmaz Sücəddinovla birgə) müəllifi kimi geniş şöhrətə malik sənətkarla görüşdən məmnunluğunu ifadə edib: "Sizin heykəltəraşlıq əsərləri ilə yanaşı, bir çox xatirə medallarının müəllifi olmanızı da bulirik və Siz bu sahədə özünəməxsus üslubla seçilmisiz. Sizin təvazökar davranışlarınız, ziyalılığınız özü bir örnək təşkil edir. Ayrıca, siz rəssam və heykəltəraşlar ailəsinin görkəmli nümayəndəsisiniz, övladlarınız da sənət yolunuzu davam etdirməkdədir. Sizə möhkəm can sağlığı diləyir, yetirmlərinizəsə Sizdən daha çox öyrənmələrini tövsiyyə edirəm. Siz bir məktəbsiz".

Görüşdə Aslan Rüstəmovun oğlu - heykəltəraş Mahmud Rüstəmov və gənc heykəltəraş Namiq Hüseynov da iştirak edib. Görüşdə ustad sənətkarın qarşıdan gələn 80 illik yubileyi, bu ilki mühüm mədəniyyət tədbirləri, özəlliklə Qarabağda mədəni quruculuq işləri haqqında, Azərbaycanın tarixi şəxsiyyətlərinin irsinin, xatirəsinin yaşadılması barəsində fikir mübadiləsi aparılıb.

Aslan Rüstəmov müəllifi olduğu "Mirzə Fətəli Axundov" xatirə medalını, Mahmud Rüstəmovsa müəllifi olduğu qarışıq qrafika əsərini Komitə sədrinə hədiyyə edib.

Komitə sədri sənətkara və onun sənət yolunun davamçısı olan görüş iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.


Şəffaflıq.az


Geri qayıt