Əsas Səhifə > Dünya > Myanmada polislə toqquşmalarda ölən mülki şəxslərin sayı 700 nəfəri ötüb
Myanmada polislə toqquşmalarda ölən mülki şəxslərin sayı 700 nəfəri ötüb11-04-2021, 22:42 |
Myanmada təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölən mülki şəxslərin sayı 701-ə çatıb. Siyasi Məhbuslara Yardım Təşkilatının yaydığı gündəlik hesabata əsasən, hazırda etirazlarda iştirak edən 3012 nəfər tutularaq saxlanılıb. Onlardan 656 nəfərə həbs hökmü verilib. Qeyd edək ki, fevralın 1-də Myanmadakı hərbi çevrilişdən sonra ölkədə etirazlar səngimək bilmir. Şəffaflıq.az Geri qayıt |