Əsas Səhifə > MANŞET / Cəmiyyət > Yaponinyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi Şamaxıya səfər edib.
Yaponinyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi Şamaxıya səfər edib.9-04-2021, 22:30 |
![]() Şəffaflıq.az xəbər veri ki, səfər zamanı səfir Şamaxı Rayon İcra Halimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb və bir sıra məsələləri müzakirə ediblər. Sosial-iqtisadi layihələr çərçivəsində Azərbaycanda məktəblərin, xəstəxanaların tikilməsi və təmiri, su təhcizatı və sair kimi 260-a yaxın qrant layihələr icra olunmuşdur ki, onların da 7-i Şamaxı rayonun payına düşür. ![]() Görüşdə Yaponiyanın Azərbaycandakı Səfirliyinin dəstəyilə təhsil sahəsində informasiya texnologiyaları və innovasiyaların tədbiqində əməkdaşlığın çox faydalı olacağı vurğulanmışdır. ![]() Cənab səfir Şamaxı şəhərində yerləşən Şamaxı Astrofizika Rəsədxanasına, Dəmirçi kəndindəki muzeyə, Cümə məscidinə, İmadəddin Nəsiminin qardaşı Şaxhəndanın türbəsinə, “Şirvan Şərabları” müəssisəsinə baş çəkmişdir. ![]() Bir qrup Yaponiya vətəndaşları tərəfindən Şamaxıya göndərilmiş və əkilmiş 1000 sakura ağaclarının yerləşdiyi sahəyə baxış keçirilmiş və bir daha layihə iştirakçılarına təşəkkür bildirilmişdir. Vahid İsmayılov. Şamaxı rayonu Şəffaflıq.az
Geri qayıt |