Əsas Səhifə > Gündəm / Dünya > Braziliyada koronavirusdan bir sutkada ən yüksək ölüm hadisəsi qeydə alındı
Braziliyada koronavirusdan bir sutkada ən yüksək ölüm hadisəsi qeydə alındı7-04-2021, 22:25 |
Braziliyada koronavirusa bir sutkada 86 979 yeni yoluxma qeydə alınıb, bununla da xəstələnlərin ümumi sayı 13,1 milyonu keçib. Şəffaflıq.az “Haber Global”a istinadən məlumat verir ki, ölkənin Səhiyyə Nazirliyi bununla bağlı həyəcanlı xəbər yayıb. Belə ki, 4 195 nəfər həyatını itirib ki, bu da sutka ərzində COVID-19-dan ölümlə bağlı indiyə qədər ölkədə müşahidə olunan ən yüksək rəqəmdir. Qeyd edək ki, əhalisi 210 milyondan artıq olan Braziliya ABŞ-dan sonra pandemiyadan ən çox zərər görən ölkədir. Son günlər koronavirusun ən yoluxucu ştammlarından biri - P1-in yayılması ilə isə vəziyyət daha da pisləşib. Geri qayıt |