Əsas Səhifə > Gündəm > “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin həbsinin detalları məlum olub
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin həbsinin detalları məlum olub6-04-2021, 22:37 |
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbsinin detalları məlum olub.Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilməklə Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Şəffaflıq.az Geri qayıt |