Əsas Səhifə > İdman / Dünya > KXDR Tokio olimpiadasından imtina etdi
KXDR Tokio olimpiadasından imtina etdi6-04-2021, 08:52 |
Koreya Xalq Demokratik Respublikası (KXDR) Tokio Yay Olimpiya Oyunlarında təmsil olunmayacaq.Şəffaflıq.az "Yonham" agentliyinə istinadən məlumat verir ki, bu addım idmançıları koronavirus infeksiyasından qorumaqdan ötrü atılıb. Belə bir qərar KXDR Milli Olimpiya Komitəsinin iclasında qəbul edilib. Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin Oyunlar koronavirus pandemiyası ilə əlaqədar bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Geri qayıt |