Əsas Səhifə > Gündəm / Dünya > “Facebook”un yarım milyarddan çox istifadəçisinin şəxsi məlumatları yayılıb

“Facebook”un yarım milyarddan çox istifadəçisinin şəxsi məlumatları yayılıb


4-04-2021, 09:22

 

“Facebook” sosial şəbəkəsinin 533 milyondan çox istifadəçisinin şəxsi məlumatları haker forumunda yerləşdirilib.


Şəffaflıq.az məlumat verir ki, bu barədə “Business Insider” nəşri bildirib.

Qeyd olunub ki, forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə 106 ölkədən olan istifadəçilərin tam adları, yeri, doğum tarixi, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları forumda yayılıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür məlumatlar kiber cinayətkarlar üçün dəyərli ola bilər.

Geri qayıt