Əsas Səhifə > Dünya > Tayvanda dəmiryolu qəzası: azı 50 ölü, 146 yaralı
Tayvanda dəmiryolu qəzası: azı 50 ölü, 146 yaralı3-04-2021, 13:33 |
Tayvanda ağır dəmiryolu qəzası baş verib. Şəffaflıq.az məlumat verir ki, qəza nəticəsində ən az 50 nəfər ölüb, 146 nəfər isə yaralanıb. Məlumata əsasən, sərnişin qatarı tuneldə yardımçı dəmiryolu texnikası ilə toqquşub. 350 sərnişin üçün nəzərdə tutulmuş qatarda 496 nəfərin olduğu bildirilib. Qəza anında onların bir çoxu ayaq üstə dayanıb. Hadisənin ada, hətta bütövlükdə Çin tarixində qeydə alınmış ən böyük dəmiryolu qəzası olduğu qeyd edilir. Ərazidə xilasetmə və təmizləmə işləri aparılır. Geri qayıt |