Əsas Səhifə > Gündəm > Deputat Ramiz Mehdiyevin AMEA-dakı işini tənqid etdi
Deputat Ramiz Mehdiyevin AMEA-dakı işini tənqid etdi3-04-2021, 10:15 |
Deputat Etibar Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini tənqid edib. Şəffaflıq.az “Qafqazinfo”-ya istinadən məlumat verir ki, Milli Məclisdə çıxış edən E. Əliyev qeyd edib ki, Ramiz Mehdiyev AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirib: “Belə ki, Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb. Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da da bu işləri keçmiş Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”. Geri qayıt |