Əsas Səhifə > Dünya > Suriyada terror aktı planlaşdıran qadınlar zərərsizləşdirilib
Suriyada terror aktı planlaşdıran qadınlar zərərsizləşdirilib2-04-2021, 10:07 |
Təhlükəsizlik qüvvələri Suriyanın şimalında Afrin regionunda sıx məskunlaşmış rayonda partlayış planlaşdırmış PKK/YPG-nin iki terrorçusunu zərərsizləşdirib. Şəffaflıq.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Suriya ilə Hatay əyaləti administrasiyasının xəbərində deyilir. Məlumata görə, cinayətkarların zərərsizləşdirilməsi üzrə əməliyyat yerli vaxtla saat 16:30-da keçirilib. "Aprelin 1-də təxminən saat 16:30 keçirilən əməliyyat nəticəsində Afrində PKK/YPG terror təşkilatının mülki əhalinin cəmləşdiyi ərazidə partlayış təşkil etməyə hazırlaşan iki qadın üzvü zərərsizləşdirilib", - xəbərdə deyilir. Qeyd edilir ki, terror aktının qarşısı təhlükəsizlik qüvvələrinin ayıqlığı sayəsində alınıb. Faktla bağlı araşdırma başlanıb. Şəffaflıq.az Geri qayıt |