Əsas Səhifə > Gündəm / REGİON > İsmayıllı rayonunda növbəti yaz ağac əkini həyata keçirilib
İsmayıllı rayonunda növbəti yaz ağac əkini həyata keçirilib1-04-2021, 23:37 |
Bu gün İsmayıllı rayonunda IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” çərçivəsində rayonun Qurbanəfəndi kəndi ərazisində 2 hektara yaxın sahədə 2000-dən çox meşə cinsli ağac əkilib. Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyəti başçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi və əməkdaşları ilə yanaşı Qurbanəfəndi İƏD üzrə nümayəndəlik, IDEA İctimai Birliyinin nümayəndələri və könüllülər iştirak edib. Əsasən göyrüş və ağcaqayın ağacları əkilib, həmçinin palıd toxumları səpilib. Əkin işləri, yenidən qurulan Şamaxı – İsmayıllı – Qəbələ avtomobil yolunun kənarında – Qurbanəfəndi kəndinin ərazisində həyata keçirildiyinə görə yolboyu nəzərdə tutulan abadlıq işlərinə töhfə verəcəyi hesab olunur. Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yaşıl Marafon” çərçivəsində ölkə üzrə növbəti kütləvi ağacəkmə kampaniyası keçirilir və yaz, payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsi nəzərdə tutulur. Yaz ağac əkini mövsümü başlayandan bugünədək isə respublikanın 120 hektar meşə fondu torpağında 150 mindən çox müxtəlif cinsli ağac əkilib, 2600 kiloqram toxum səpilib. Vahid İsmayılov, Yanoş Məhərrəmov Şəffaflıq.az Geri qayıt |