Əsas Səhifə > RƏSMİ XƏBƏR > Hökumət elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik etdi
Hökumət elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik etdi1-04-2021, 21:10 |
Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda deyilir ki, alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarını istismar edən müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilələrdə Energetika Nazirliyi ilə razılaşdırılmaqla, bu Qaydaların müddəalarından fərqli müddəalar nəzərdə tutula və həmin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrdən fərqli formada bağlanıla bilər. Bundan başqa müstəqil enerji istehsalçısının alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış və Energetika Nazirliyi ilə razılaşdırılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçiriləcək. Geri qayıt |