Əsas Səhifə > SƏHİYYƏ / Gündəm > Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq
Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq31-03-2021, 00:27 |
Növbəti 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq. Şəffaflıq.az xəbər verir ki, bunu GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə onlayn formatda görüşündə deyib. Onun sözlərinə görə, Azərbaycanda epidemioloji vəziyyət, koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğu və eyni zamanda ilkin mərhələdə vaksinin azlığını nəzərə alaraq Azərbaycanın vaksinlə təminatı aprel ayına nəzərdə tutulub. Geri qayıt |