Əsas Səhifə > Dünya / Maraqlı > Elmə yeni məlum olan ən parlaq onurğalı heyvan tapılıb

Elmə yeni məlum olan ən parlaq onurğalı heyvan tapılıb


30-03-2021, 08:13

 

Sakit okeanın Yeni Zelandiya sahillərində qaranlıqda işıq saçan akulalar aşkarlanıb.

Şəffaflıq.az saytı “Euronews” kanalına istinadla bildirir ki, alimlər akulaların şəklini çəkiblər.

Onurğalı heyvanlar arasında işıq saçanları az deyil. Lakin alimlər deyirlər ki, bu qədər parlaq işıq saçan onurğalı heyvana ilk dəfədir rast gəlinir.

Belçikadakı Luven Katolik Universitetinin və Yeni Zelandiyadakı Milli Su və Atmosfer Tədqiqatı İnstitutunun alimləri yeni tapıntını müşahidə ediblər.
Yer kürəsindəki ekosistemlərin indiyədək ən az öyrənilmiş sahəsi dənizin dərinliyindəki həyatdır. Alimlər hesab edirlər ki, yeni tapıntı həmin həyat haqqında biliklərə mühüm təsir göstərəcək.

Qaranlıqda işıq saçan akulaları ən birinci Luven Katolik Universitetinin Dəniz Biologiyası Laboratoriyasının aparıcı tədqiqatçısı doktor Jerom Malfe görüb. O, “Euronews” kanalına açıqlamasında deyib: “Bizə məlumdur ki, 540 növ akuladan 57-nin işıq saçmaq xüsusiyyəti var. Amma bu ələkeçməz akulalar okeanın 200 metr dərinliyində yaşadığı üçün onları müşahidə etmək həddindən artıq çətindir. Aşkar etdiyimiz işıq saçan akulalardan ən böyüyü təqribən 1 metr 80 santimetr uzunluğundadır. 


Məndən həm hündürdür, həm də parlaq. O, işıq saça bilir, mən isə yox.

Şəkilləri çəkmək asan olmadı. Bir gəminin qaranlıq guşəsində (işıq saçan akulaları yalnız qaranlıqda görmək mümkündür) onların suyun üzünə çıxmasını gözlədik. Mavi işıq saçan bu gözəl varlıqlardan 6-sını görə bildik və onların şəklini çəkdik”.

Geri qayıt