Əsas Səhifə > Cəmiyyət > Fatimə Fətəliyeva: "Mən imtina etdim, Mətanət Əliverdiyeva gəldi..."
Fatimə Fətəliyeva: "Mən imtina etdim, Mətanət Əliverdiyeva gəldi..."29-03-2021, 17:22 |
Rəqqasə Fatimə Fətəliyeva "Speys" televiziyası ilə yollarını ayırmasının səbəbini açıqlayıb. Fatimə Fətəliyeva Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Mən heç bir kanala müraciət etməmişəm. Mənə "Speys" kanalından aparıcılıq təklifi gəlmişdi. Verilişdə gedişat yaxşı idi. Sonra kanalda problem yarandı, dəyişiklik baş verdi. Verilişlərin əksəriyyəti bağlandı. Mən də ona görə verilişdən uzaqlaşdım. Hazırda başqa layihə haqqında düşünürük. Bu haqda açıqlama vermək istəmirəm, sirr qalsın. Məni "Speys" kanalına Vaqif Mustafayev dəvət etmişdi. Bu gün Kamil Şahverdi ilə çox gözəl münasibətimiz və bir-birimizə hörmətimiz var. Yenə "Speys" kanalına gedə bilərəm. Bizim heç kimlə problemimiz, narahatçılığımız yoxdur. Sadəcə format dəyişikliyinə görə verilişimiz dayandı. Mən bu haqda Kamil müəllimlə də danışdım. Verilişin studiyası, dekorasiyası ürəyimcə deyildi. Mən verilişi təzə-təzə aparmağa başlayanda təklif edildi ki, hər gün canlı səhər proqramına çıxım. Bu haqda heç vaxt danışmamışam. Canlı iki saat veriliş aparmaq çox çətin idi. Ona görə kanal rəhbərliyinə bildirdim ki, mən bunu edə bilməyəcəm. Çünki illərin aparıcısı deyiləm, bundan imtina etdim. Sonra səhər proqramına Mətanət Əliverdiyeva gəldi". Qeyd edək ki, Fatimə Fətəliyeva "Speys" televiziyasında şənbə-bazar günləri "Hər səhər” verilişinə aparıcılıq edirdi.
Geri qayıt |