Əsas Səhifə > Hadisə > Bakıda DƏHŞƏTLİ OLAY: 2 eyni cinayət,keçmiş arvadının evinə basqın edib sevgilisini öldürdü.

Bakıda DƏHŞƏTLİ OLAY: 2 eyni cinayət,keçmiş arvadının evinə basqın edib sevgilisini öldürdü.


20-05-2019, 17:18
  Daxili İşlər Nazirliyi Bakıda törədilmiş dəhşətli qətllə bağlı məlumat yayıb.
Şəffaflıq.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 20-də saat 3 radələrində Xəzər rayonunun Binə qəsəbəsi südçülük sovxozunun ərazisində kirayə yaşayan M.Rzayevanın evinə gəlmiş keçmiş əri, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Z.Rzayev münaqişə zəminində ona, qızı Samirəyə, habelə onlarla birgə yaşayan evin sahibi Q.Nəbiyevaya və orada olan Zirə qəsəbə sakini V.Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Xəsarət almış həmin şəxslər xəstəxanaya yerləşdirilib, V.Əliyev ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Rzayev tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
*****
Bakıda daha bir qətl törədilib
Şəffaflıq.azın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Zaur Rzayev bir müddət əvvəl boşandığı həyat yoldaşı 1977-ci il təvəllüdlü Maral Rzayevanın kirayə yaşadığı mənzilə gələrək qadının qeyri-rəsmi nikahda yaşadığı 1982-ci il təvəllüdlü Vasif Əliyevi bıçaqlayaraq öldürüb.
Bildirilir ki, boşansalar da Maral Rzayeva ilə Zaur Rzayev arasındakı münaqişə davam edib. Dünən onlar arasında telefon əlaqəsi zamanı növbəti dəfə münaqişə yaranıb və Zaur məsələni həll etmək üçün keçmiş xanımının yaşadığı evə gəlib. O burada qadının sonradan birgə yaşamağa başladığı Vasif Əliyevlə dalaşıb və ona bıçaqla zərbələr endirib. Hadisə zamanı Maral Rzayeva, onun qızı 1999-cu il təvəllüdlü Samirə Rzayeva və ev sahibəsi Qəmər Nağıyeva da kəsilmiş-deşilmiş xəsarətlər alıb.
V.Əliyev aldığı xəsarətlərdən vəfat edib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Onlardan Maral Rzayevanın vəziyyətinin çox ağır olduğu bildirilir.
Faktla bağlı qəsdən adam öldürmə və iki və daha çox adamı öldürməyə cəhd etmə maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Geri qayıt