Əsas Səhifə > İdman > Milad Beigi Hərçəqani 80 kq çəki dərəcəsində ikincə dəfə dünya çempionu oldu._FOTO

Milad Beigi Hərçəqani 80 kq çəki dərəcəsində ikincə dəfə dünya çempionu oldu._FOTO


20-05-2019, 00:31
 ATF-dan verilən məlumata görə Mançester şəhərində təşkil edilən dünya çempionatına yekun vuruldu. Yarışın son günü millimizin titullu idmançılarından olan Milad Beigi Hərçəqani 80 kq çəki dərəcəsində ikincə dəfə dünya çempionu oldu.
Şəffaflıq.az bildirir ki,təmsilçimiz bir gün öncə mərhələ döyüşlərində kuba, fransa, moldovalı və koreyalı idmançıya şans verməyərək finala vəsiqəni təmin etmişdir. Həhlledici mərhələdə yunanıstanlı Apostolos Telikostoglou da 22:12 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb himnimizi sələndirdi.Qeyd edək ki,Milad ilk dünya çempionluğunu 2017-ci ildə Koreya Respublikasının Muju şəhərində qazanmışdır. 2015-ci il Avropa Oyunlarının qalibi, Dünya kubokunun ikiqat sahibi (Meksika 2015, Bakı 2016), 2016-cı il Avropa çempionu (İsveçrənin Montrö şəhəri), Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (Rio-de Janeyro- 2016), Universiyada Oyunlarının qalibi ( Çin Taypey-2017), Qran-Pri turnirin qalibi (Bakı 2016), Qran-Pri turnirin bürünc medalı (Rabat 2017), “Böyük Dəbilqə” turnirin bürünc medalına (Çin res. Usi-2017) sahib olub.Çempionata 10 idmançı ilə qatılan millimiz yarışı bir qızıl və bir bürünc medalla başa vurdu. Xatırladaq ki, bir gün öncə isə qadın taekvondoçumuz Fəridə Əzizova 67 kq çəki dərəcəsində yarışın bürünc medalını qazanmışdır. Qazanılan uğurlarda böyük əmək sərf edən baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovu, ATF-nın rəhbər heyətini, eləcə də bütün taekvondo ailəsini təbrik edirik!
Alxas.
Şəffaflıq.az

Geri qayıt