Əsas Səhifə > Hadisə / Dünya > ABŞ-da silahlı insident - Ölən və yaralananlar var

ABŞ-da silahlı insident - Ölən və yaralananlar var


27-03-2021, 18:57

 

ABŞ-ın Virciniya ştatının Virciniya-Biç şəhərində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə polis rəisi Pol Nyudiqeyt məlumat verib.

Bildirilib ki, hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Polis yerli sakinləri hadisə baş verən rayona səfər etməməyə çağırıb.

Hadisənin səbəbi araşdırılır.

Geri qayıt