Əsas Səhifə > Hadisə / REGİON > Kiprdə məscidə hücum edilib

Kiprdə məscidə hücum edilib


26-03-2021, 23:28

 

Kiprdə irqçilər tərəfindən məscidə hücum edilib.

Şəffaflıq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kiprin Limasol şəhərində yerləşən Yalova məscidinə hücum edilib.

Hücumun irqçi yunan qruplaşması tərəfindən gerçəkləşdirildiyi məlum olub. Hadisə zamanı məscidin binası zərər görüb. Dağıntı yaranıb. Həmçinin məscidin divarlarına irqçi şüarlar yazılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəyə reaksiya verib. Hücumu pisləyən prezident hadisənin Avropa Birliyinin zirvə toplantısı dönəmində baş verməsinin təsadüf olmadığını bildirib.

Geri qayıt