Əsas Səhifə > MANŞET / Maraqlı > Azərbaycan minik avtomobillərini hansı ölkələrdən alır?

Azərbaycan minik avtomobillərini hansı ölkələrdən alır?


26-03-2021, 23:17
 


Azərbaycanın idxal etdiyi minik avtomobillərinin ölkələr üzrə bölgüsü təqdim edilib.  

Dövlət Statistika Komitəsindən verilən məlumatlara əsasən, burada istehlakçıların minik avtomobillərində daha çox hansı mühərrik növünə və həcminə üstünlük verdikləri də öz əksini tapıb.

2021-ci ilin fevral ayının statistik göstəricilərinə əsasən, istehlakçılar daha çox mühərrikinin həcmi 1500-3000 kub santimetr olan minik avtomobillərinə üstünlük veriblər. Yanvar ayı ərzində 1 981 ədəd bu cür minik avtomobili idxal edilib. Ən aşağı tələb isə mühərrikinin həcmi 1000 kb/s-dən az və 3000 kb/s-dən çox olan minik avtomobillərinə olub.  

Azərbaycanın minik avtomobili idxal etdiyi ilk 10 ölkələnin siyahısı aşağıdakı kimidir:

Almaniyadan ümumi dəyəri 12 milyon 934,58 min dollar olan 889 ədəd avtomobil idxal edilib. Onlardan 557-i (10 milyon 832,48 min dollar dəyərində) qığılcımla alışan DYM-li, 332-i isə (2 milyon 102,1 min dollar dəyərində) sıxılmaqdan alışan DYM-li (dizel) olub.

Koreya Respublikasından ümumi dəyəri 5 milyon 852,28 min dollar olan 961 ədəd minik avtomobili idxal edilib. Onlardan 336-i (1 milyon 882,16 min dollar dəyərində) qığılcımla alışan daxili yanma mühərrikli, 625-i (3 milyon 970,12 min dollar dəyərində) dizel mühərrikli minik avtomobilləri olub.

ABŞ-dan 6 milyon 587,01 min dollar dəyərində 769 ədəd ədəd minik avtomobili idxal edilib. Onlardan 758-i (6 milyon 391,01 min dollar dəyərində) qığılcımla alışan daxili yanma mühərrikli, 11-i dizel mühərrikli olub (192 min dollar).  

Rusiyadan 2 milyon 239,72 min dollar dəyərində 217 ədəd qığılcımla alışan minik abvtomobilləri idxal olunub.  

Meksikadan ixdal edilən 1 milyon 458,28 min dollar dəyərində 174 ədəd minik avtomobillinin hər biri qığılcımla alışan daxili yanma mühərrikli yüngül nəqliyyat vasitələri olub.

Yaponiyadan 2 milyon 403,07 min dollar dəyərində 141 ədəd minik avtomobili idxal edilib. Onlardan 102-i (1 milyon 718,63 min dolllar dəyərində), 39-u dizel mühərrikli (614,44 min dollar dəyərində) olub.  

Türkiyədən 636,96 min dollar dəyərində 97 ədəd minik avtomobili idxal edilib. Minik avtomobillərindən 37-si qığılcımla alışan daxili yanma mühərrikli (441,46 min dollar dəyərində), 60-ı dizel mühərrikli (194,5 min dollar dəyərində) olub.

Çindən 1 milyon 493,66 min dollar dəyərində 97 ədəd minik avtomobili idxal olunub. Onlardan 71-i qığılcımla alışan daxili yanma mühərrikli (171,77 min dollar dəyərində), 23-ü dizel mühərrikli (onların ümumi dəyəri 321,89 min dollar) olub.

Böyük Britaniyadan 2 milyon 69,19 min dollar dəyərində 92 ədəd minik avtomobili idxal edilib. Onlardan 30-u qığılcımla alışan daxili yanma mühərrikli (ümumi dəyərləri - 1 milyon 774,39 min dollar), 65-i dizel mühərrikli (ümumi dəyərləri - 564,8 min dollar) olub.

Slovakiyadan 993,77 min dollar dəyərində 76 ədəd minik avtomobili idxal edilib. Onlardan 36-ı qığılcımla alışan DYM-li (ümumi dəyərləri - 846,07 min dollar), 40-ı dizel mühərikli (ümumi dəyərləri 147,7 min dollar) olub.

Mühərrikinin növünə görə istehlakçıların əksəriyyəti qığılcımla alışan daxili yanma mühərrikli minik avtomobillərinə üstünlük verib. Dizel mühərrikli avtomobillərin idxal həcmi 2 dəfə az olub. Ümumilikdə Azərbaycan 24 ölkədən minik avtomobili idxal edib. 


Şəffaflıq.az
Geri qayıt