Əsas Səhifə > Gündəm / Dünya > Hindistan prezidenti xəstəxanaya yerləşdirildi: Bu ay peyvənd olunub

Hindistan prezidenti xəstəxanaya yerləşdirildi: Bu ay peyvənd olunub


26-03-2021, 19:25

 

Hindistan Prezidenti Ram Nat Kovind xəstəxanaya yerləşdirilib.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, sinə nahiyəsində narahatlıq hiss edən Hindistan başçısı Yeni Dehlidə hospitala aparılıb.

Onun vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, Kovində bu ay koronavirusa qarşı peyvəndin ilk dozası vurulub.

Geri qayıt