Əsas Səhifə > Hadisə > Azərbaycanda sabiq icra başçısının ailə üzvlərinin ÖLÜM SƏBƏBİ AÇIQLANDI.

Azərbaycanda sabiq icra başçısının ailə üzvlərinin ÖLÜM SƏBƏBİ AÇIQLANDI.


19-05-2019, 10:24

 Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevin ailəsində baş vermiş faciə ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Şəffaflıq.az Publika.aza istinadən əldə etdiyi məlumata görə, sabiq icra başçısının oğlu Hünər Rzayev qəbul etdiyi dərman həblərinin təsiri nəticəsində dünyasını dəyişib. Belə ki, H.Rzayevin səhhətində bir müddət imiş ki, problemlər yaranıbmış və o, mütəmadi ağrıkəsici dərmanlar qəbul edirmiş. Bir neçə gün əvvəl o, normadan artıq ağrıkəsici qəbul edib və kimyəvi tərkibli həblərin orqanizmə təsiri nəticəsində komaya düşüb. Bakıdakı xəstəxanalardan birinə çatdırılsa da, Hünər Rzayevin həyatını xilas etmək mümkün olmayıb.
H.Rzayevin vəfat etdiyi gün, onun Lənkəranda yaşayan əmisi, rayonun sabiq icra başçısı Yaşar Rzayevin qardaşı Namiq Rzayev insult keçirib. O, Lənkəran şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada vəfat edib.
Bildirilir ki, Hünər Rzayev xeyli müddət Vergilər Nazirliyində çalışıb. Keçən il vergilə naziri Mikayıl Cabbarovun işdən çıxarılmasına qərar verdiyi 64 nazirlik əməkdaşı arasında o da olub. Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışan Hünər Rzayev işdən kənarlaşdılıb. ,
Qeyd edək ki, Yaşar Rzayev uzun illər Lənkəranda rəhbər vəzifələrdə çalışıb və 2003-cü ilədək rayonun icra başçısı vəzifəsini tutub.
Onu da qeyd edək ki, hadisə barəsində ilk məlumatı Publika.az saytı yayıb. Sonradan yayılan bəzi məlumatlarda Hünər Rzayev yanlışlıqla Namiq Rzayevin oğlu kimi təqdim edilib.
*****
18 may 11:14
Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevə ağır itki üz verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, sabiq icra başçısının oğlu Hünər Rzayev və qardaşı Namiq Rzayev dünyasını dəyişib.
Qeyd edək ki, Yaşar Rzayev uzun illər Lənkəranda rəhbər vəzifələrdə çalışıb və 2003-cü ilədək rayonun icra başçısı vəzifəsini tutub.
Onun vəfat edən oğlu isə xeyli müddət Vergilər Nazirliyində çalışıb və keçən il işdən çıxarılıb.
Allah rəhmət eləsin!

Şəffaflıq.az
Geri qayıt