Əsas Səhifə > REGİON > Rusiya "Şimal axını-2" layihəsinin bitmə vaxtını açıqlayıb
Rusiya "Şimal axını-2" layihəsinin bitmə vaxtını açıqlayıb26-03-2021, 14:25 |
"Şimal axını-2" qaz kəmərinin tikintisi layihəsi bu il tamamlanacaq.Şəffaflıq.az Rusiya mətbuatına istinadən məlumat verir ki, bunu Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Viktor Zubkov deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir və layihənin bitməsinə lap az qalıb. Layihə çərçivəsində işlərin 90-92%-i tamamlanıb. Xatırladaq ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur. Geri qayıt |