Əsas Səhifə > Gündəm / Dünya > Avstriyada koronavirus testi olmadan mağazalara giriş qadağan edilir
Avstriyada koronavirus testi olmadan mağazalara giriş qadağan edilir25-03-2021, 14:14 |
Avstriyanın səhiyyə naziri Rudolf Anşober bəyan edib ki, bundan sonra mağazalara girərkən koronavirusa qarşı yeni test nəticələrini təqdim etmək lazım gələcək. Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, sözügedən qayda aprelin 7-dən qüvvəyə minəcək. Hazırda ölkədə bu tələb yalnız bəzi xidmət sahələrinə - bərbərxanalara, gözəllik salonlarına şamil olunur. Qeyd edilir ki, aptek və ərzaq dükanlarına giriş üçün test nəticələri lazım olmayacaq. Geri qayıt |