Əsas Səhifə > SİYASƏT / REGİON > Ərdoğan Konstitusiya dəyişikliyini vacib sayır
Ərdoğan Konstitusiya dəyişikliyini vacib sayır24-03-2021, 17:55 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında Konstitusiyaya ediləcək dəyişikliklərdən söz açıb. Şəffaflıq.az “Anadolu” agentliyinin məlumatına istinadən bildirir ki, Türkiyə lideri söylədiyinə görə hazırkı ölkəsinin Konstitusiyası öz aktuallığını itirib. “Türkiyənin yeni və sivil Konstitusiyanı müzakirəyə çıxarması dəyişən şərtlərin qaçılmaz diktəsidir”, - deyə R.T.Ərdoğan söyləyib. Türkiyə prezidenti qeyd edib ki, mümkün konsensusla ərsəyə gələcək yeni Konstitusiyanın mətni mütləq xalqın təsdiqi üçün təqdim ediləcək. Geri qayıt |