Əsas Səhifə > Dünya / Cəmiyyət > Suriyanın şimalında vəziyyət pisləşir, Rusiya zərbələr endirir - FOTO
Suriyanın şimalında vəziyyət pisləşir, Rusiya zərbələr endirir - FOTO23-03-2021, 15:18 |
![]() Virtualaz.org xəbər verir ki, yaranmış vəziyyətlə bağlı Vaşinqton Suriya münaqişəsinin bütün tərəflərini atəşin dayandırılmasına çağırıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays martın 22-də deyib ki, Birləşmiş Ştatlar Suriyada Əsəd rejiminin artilleriya atəşlərini və Rusiyanın hava zərbələrini qətiyyətlə pisləyir. ![]() Bu bombardmanın nəticəsində Hələb şəhərinin qərbində və İdlib qəzasında dinc sakinlər həlak olub. Hələbin qərbində xəstəxananın artilleriya atəşinə tutulması nəticəsində bir uşaq da daxil bir neçə pasient həlak olub, habelə onlarca tibb işçisi xəsarət alıb. “Amerikanın səsi” xəbər verir ki, bu xəstəxananın koordinatları BMT-nin münaqişələrin çözülməsi mexanizminə uyğun olaraq münaqişə tərəflərinə bildirilmişdi. Bu da xəbər verilir ki, Rusiya hərbçiləri İdlib qəzasının Türkiyə ilə həmsərhəd rayonlarına aviasiya zərbələri endiriblər. Nəticədə bir mülki şəxs həlak olub, habelə bölgəyə humanitar yardımın gətirilməsi üçün təhlükə yaranıb. Bu ərazidəki təhlükəsizlik dəhlizindən hər ay 2,4 milyon suriyalıya yardım gətirilir. ![]() Bəzi mənbələr bildirirlər ki, Qah şəhəri Rusiyanın istehsalı olan “yer-yer” raketləri ilə atəşə tutulub, Rusiya isə Türkiyə sərhədində qaçqınların sıx yerləşdiyi düşərgəyə yaxın əraziləri bombardman edib.Qaz qurğusu Sarmada şəhəri yaxınlığında hədəflənib və Bab əl-Həva sərhəd keçidində qaçqınlara yardım daşıyan yük maşınları od tutub. ![]() Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Rusiyaya atəşin dayandırılmasına dair tələbnamə göndərilib və Türkiyə ordu birləşmələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Moskva bu xəbərlərə hələki heç bir reaksiya verməyib. “Reuters” yazır ki, Suriya ordusu və üsyançılar arasında döyüşlər ötən il Rusiya və Türkiyə arasında əldə edilmiş razılaşmadan sonra səngiyib, lakin sakitliyi yenə də Rusiyanın hava zərbələri pozur. Rusiya mənbələri də ölkənin Hava-Kosmik Qüvvələrinin Suriyaya bir neçə gün əvvəl göndərilmiş 4 Su-34 qırıcı-bombardmançısının yaraqlıların mövqelərinə raket-bomba zərbələrini təsdiqləyir. Avia.pro saytı Hmeymim aviabazasından İdlibə “İsgəndər” raketi ilə zərbə endirildiyini bildirir. Sayt yerli sakinlər tərəfindən çəkilmiş fotonu-raketin kvaziballistik trayektoriya ilə uçduğunu təsdiqləyən tüstü izi görüntülərni də təqdim edir. ![]() Habelə “Watad Petroleum” şirkətinin neft infrastrukturuna da zərbə endirilib. Bu şirkəti “Hayat Təhrir əş-Şam” qruplaşmasının səhra komandirləri və şəxsən başçısı Məhəmməd Culani yaradıb. Rusiya tərəfi iddia edir ki, şirkət Suriyadan neft qaçaqmalçılığı həyata keçirir.
Geri qayıt |