Əsas Səhifə > SƏHİYYƏ > Alimlər insan bədənində 55 yeni kimyəvi maddə aşkarlayıb

Alimlər insan bədənində 55 yeni kimyəvi maddə aşkarlayıb


23-03-2021, 09:46

 

İnsan bədənində əvvəllər öyrənilməmiş kimyəvi maddələr var.

Şəffaflıq.az məlumat verir ki, bu barədə Kaliforniya Universiteti alimlərinin “Environmental Science & Technology” jurnalında dərc edilən məqaləsində deyilir.

Hamilə qadınların iştirak etdiyi araşdırma zamanı müəlliflər yüzdən çox kimyəvi maddə aşkar ediblər. Üstəlik, bunlardan 55-i əvvəllər müşahidə edilməyib, 42-də isə mənbəyi və tətbiq üsulunu təyin etmək mümkün olmayıb.

Alimlərin fikrincə, kimyəvi maddələrin qidalar vasitəsilə orqanizmə daxil olma ehtimalı böyükdür:

“Bu kimyəvi maddələr bəlkə də bir müddətdir insanlarda mövcuddur, lakin texnologiyamız mövcud maddələri indi daha yaxşı müəyyənləşdirməyimizə kömək edir”.

Geri qayıt