Əsas Səhifə > Hadisə / Dünya > Yerə təhlükəli asteroid yaxınlaşır
Yerə təhlükəli asteroid yaxınlaşır21-03-2021, 23:21 |
Bu gün Yer kürəsinin yaxınlığından “2001 FO32” asteroidi keçəcək.Şəffaflıq.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Asteroid Yerə 2 milyon kilometrə qədər yaxınlaşacaq. NASA asteroidin Yerlə toqquşmaq təhlükəsi olmadığını açıqlayıb. Bununla belə, 2 milyon km məsafə Yerə yaxın məsafə sayılır və ona görə də “2001 FO32” potensial təhlükəli asteroid sayılır. Asteroidin diametrinin 440-680 m olduğu qeyd edilib. Bu asteroid 2001-ci ildə aşkarlanıb. Astronomlar hesab edirlər ki, asteroid növbəti dəfə 2052-ci ildə Yerin yaxınlığından keçəcək. Geri qayıt |