Əsas Səhifə > Digər > Yazıçı Azər Abdulla koronavirusdan vəfat edib

Yazıçı Azər Abdulla koronavirusdan vəfat edib


21-03-2021, 17:01

 

Yazıçı Azər Abdulla COVID-19-dan dünyasını dəyişib.

Şəffaflıq.az bildirir ki, bu barədə onun oğlu, yazıçı Alpay Azər məlumat verib.

O bildirib ki, atası ötən gün vəfat edib: "Xəstəliyi ağır keçirirdi. 20 günə yaxın xəstəxanada müalicə aldı, amma onu itirdik".

Yazıçı özünün vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, mart ayının əvvəli ata-oğul hər ikisi koronavirusa yoluxmuşdu. A.Abdulla vəziyyəti ağır olduğu üçün Yeni Klinikaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.

Allah rəhmət eləsin!

Geri qayıt