Əsas Səhifə > Dünya > Karantini pozan Norveçin Baş naziri ilə bağlı araşdırma başladılıb

Karantini pozan Norveçin Baş naziri ilə bağlı araşdırma başladılıb


21-03-2021, 10:56

 

Norveç Baş naziri Erna Solbergə ilə bağlı araşdırma başladılıb. 


Şəffaflıq.az xəbər verir ki, buna səbəb dövlət rəsmisinin 60 yaşını kütləvi şəkildə qeyd etməsi olub. 

Polis KİV-də yayılan görüntülərdən sonra hərəkətə keçib və məclisin fevralın 26-da baş tutduğunu açıqlayıb.

Bildirilib ki, Baş nazir ölkədə tətbiq olunan sərt karantin rejimini kobud şəkildə pozub və məsələ prokurorluq tərəfindən qiymətləndiriləcək.

Geri qayıt