Əsas Səhifə > İqtisadiyyat / Dünya > Bu tarixdə Yer kürəsində neft tükənəcək - ŞOK PROQNOZ
Bu tarixdə Yer kürəsində neft tükənəcək - ŞOK PROQNOZ21-03-2021, 10:44 |
Yer kürəsinin yeraltı enerji resursları artıq 50 il sonra bitəcək. Şəffaflıq.az “The Paper”ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Texnologiya Universitetinin prezidenti və ölkənin Elmlər Akademiyasının üzvü Syue Sikun bildirib. Alim qeyd edib ki, son 250 il ərzində dünyada yeraltı enerji mənbələrinin hasilatının artımı ilə üç sənaye inqilabı baş verib. Mütəxəssis bunu və dünya iqtisadiyyatının inkişaf templərini nəzərə alaraq, yaxın yarım əsr ərzində karbohidrogen resurslarının tükənəcəyini proqnozlaşdırır. O, buna görə tərəqqinin indiki səviyyəsini saxlamaq üçün ənənəvi enerji daşıyıcısıları alternativ enerji mənbələri ilə əvəz etməyə çağırıb. Syue Sikun xüsusi halda Günəş enerjisini önə çəkib. Alim qeyd edib ki, bu, tükənməyən enerjidir. Bundan başqa, o, kömürü və təbii qazı hidrogen yanacağı ilə əvəz etmək imkanını nəzərdən keçirməyi təklif edib. Geri qayıt |