Əsas Səhifə > Cəmiyyət > Göyçayda Oqtay Maqsudov anıldı.-FOTO

Göyçayda Oqtay Maqsudov anıldı.-FOTO


16-05-2019, 07:28

15 may 2019-cu il tarixdə böyük qürur hissi ilə Göyçayın fəxri sayıla biləcək tanınmış həmyerlimiz, Azərbaycanda ədliyyə sisteminin qabaqcıl nümayəndələrindən biri olan əməkdar hüquqşqnas, Ədliyyə general-mayoru Oqtay Maqsudovun vəfatından bir il ötür.
Şəffaflıq.az bildirir ki, Oqtay Maqsud oğlu Maqsudov 31 oktyabr 1937-ci ildə Göyçay şəhərində görkəmli ziyali Maqsud Maqsudovun ailəsində anadan olub. Atası 30-cu illərdə bir sıra mühüm dövlət vəzifələrində çalışmış, əvvəlcə Xaçmaz, sonra isə Şəki ra-yonlarında MTS-lər üzrə partiya komitəsinin katibi işləmişdir. 1935-ci ildə Balakən Rayon Partiya Komitəsinin birinci katibi, 1 il sonra isə İmişli Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1939-cu ildə Göyçay Pedagoji Texnikumunun direktoru, 1947-ci ildə isə Göyçay rayon İcraiyyə Komitəsinin sədri seçilmişdir. Oqtay Maqsudov 1954-cü ildə orta məktəbi bitirmiş, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuşdur. 1962-ci ildə universiteti bitirərək, təyinatla Azərbaycan Respublikasi Ali Məhkəməsinə göndərilir. Azərbaycan və rus dillərini mükəmməl bilən Oqtay Maqsudov Ali Məhkəmədə tərcüməçi vəzifəsinə işə qəbul edilir. 1964-cu ildə prokurorluq sisteminə qəbul olunan O. Maqsudov Xətai rayon prokurorluğunun müstəntiqi təyin olunur. 1966-cı ildən 1973-cü ilədək Azərbaycan Respublikasi Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində məsləhətçi, daha sonra baş məsləhətçi vəzifələrində çalışır. 1973-1984-cü illərdə isə Əzizbəyov rayonu Xalq Məhkəməsinin hakimi, Xalq Məhkəməsinin sədri vəzifələrində işləmişdir. 1984-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə uzv seçilir. 1994-cü ilin iyulunda Ali Məhkəmənin növbədənkənar Plenumunun qərarı ilə ona hərbi kollegiyanın sədri vəzifəsinin icrası tapşırılır. 12 sentyabr 1995-ci ildə AR Ali Məhkəməsinin sədr müavini, hərbi kollegiyanin sədri vəzifəsinə seçilir. 2000 - 2010-cu illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin haki-mi vəzifəsində çalışıb. 1984-cü ildə əməkdə fərqlənməyə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən «Fəxri Fərman»la təltif olunub. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Oqtay Maqsudova Ədliyyə general-mayoru rütbəsi verilib. General 2018-ci il mayın 14-də vəfat edib və öz vəsiyyətinə uyğun olaraq doğma rayonda, Əli Kərim adına parkda rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadənin göstərişi ilə Şəhdilər xiyabanında "Fəxri vətəndaşlar" üçün ayrılan ərazidə dəfn olunub.
 Generalın vəfatından sonra onun xatirəsi əbədiləşdirilərək məzarı üstündə qəbirüstü abidəsi ucaldılıb. Bu gün Göyçay rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadə, rayon ziyalıları, idarə təşkilat rəhbərləri, ağsaqqalar, dindarlar, mərhumun ailəsi, yaxınları Oqtay Maqsudovun ildönümü münasibətilə keçirilən tədbirə toplaşaraq, generalı ziyarət edib, ruhuna dualar oxuyaraq, xatirələrini bölüşüblər. Qeyd edək ki, bu gün şəhərin Əli Kərim parkında gün ərzində Ədliyyə general-mayoru Oqtay Maqsudovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. Rayon gəncləri, məktəblilər Oqtay Maqsudovun qəbrini ziyarət ediblər. Gözəl insan, unudulmaz şəxsiyyət Oqtay Maqsudovun xatirəsi hər bir göyçaylının qəlbində daim əziz tutulacaq. Allah rəhmət eləsin. Amin!

Davud Tarverdiyev
Şəffaflıq.az 
Geri qayıt