Əsas Səhifə > ELM VƏ TƏHSİL > Şamaxı Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura keçirildi.-FOTO
Şamaxı Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura keçirildi.-FOTO15-05-2019, 21:15 |
Şamaxı Təhsil Şöbəsini verdiyi məlumata görə.15 may tarixində Təhsil Şöbəsində növbəti təhsilyanı şura keçirilib. Şəffaflıq.az bildirir ki, Şurada məktəblərdə keçirilən monitorinqlərin nəticələri müzakirə edilərək, nöqsanları olan məktəb direktorlarına xəbərdarlıq və töhmətlər elan edilib. Eyni zamanda IX siniflər üçün keçirilən monitorinqlərin nəticələri geniş şəkildə müzakirə edilərək təhlil edilib. Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev çıxış edərək 09 iyun 2019-cu il tarixdə keçiriləcək buraxılış imtahanlarına hazırlıqla bağlı görülən işlərin daha da intensivləşdirilməsi, böyük summativ qiymətləndirilmənin təşkili və obyektiv keçirilməsi ilə bağlı işlərin gücləndirilməsi, respublika fənn olimpiadalarının və fənn müsabiqələrində iştirak edəcək şagirdlərlə işin səmərəli qurulması və digər məsələlər haqqında danışaraq, məktəb rəhbərlərinə işlərində daha məsuliyyətli olmalarını, nöqsanların qısa müddətdə aradan qaldırılmasını tapşırıbdır. Alxas. Şəffaflıq.az Geri qayıt |