Əsas Səhifə > REGİON / Cəmiyyət > İsmayıllılar vətən müharibəsində şəhid olanların ailələrini unutmayıblar.-FOTOLAR
İsmayıllılar vətən müharibəsində şəhid olanların ailələrini unutmayıblar.-FOTOLAR19-03-2021, 21:01 |
![]() Şəffaflıq.az xəbər verir ki,İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə İsmayıllı rayon şöbəsi, rayon gənclər və idman idarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak edib. Öncə Qarabağ müharibəsi şəhidlərinin məzarı ziyarət olunub. Şəhid övladlarına hədiyyələri Novruzun personajlarından olan kosa-keçəl və bahar qızı tərəfindən təqdim edilib. Ziyarətə gələnlər şəhid ailələrinə bayram sovqatları ilə yanaşı, onların qayğıları ilə də maraqlanıblar. Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Görüşlərdə şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Xatırladaq ki, bayram günləri ərəfəsində şəhidlərimizin ziyarəti davam edəcəkdir. Dəyanət İsmayılov. İsmayıllı rayon Şəffaflıq.az Geri qayıt |